Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı aeroportuna gediş-gəliş sistemi tam yenidən qurulacaq

19 Baxış

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək.

Gələcək inkişaf – 2040-cı il Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sisteminin yenidən qurulması prosesinin davam etdirilməsi:

• Hava Limanında dəmir yolu xidmətlərinin intensivləşdirilməsi;

• avtomobil nəqliyyatı üçün parklanma imkanlarının daha da genişləndirilməsi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının terminal imkanlarından daha optimal birgə istifadə:

• sərnişinlərə xidmətlərin daha optimal şəkildə göstərilməsi;

• tələb olunan əməliyyatlar üzrə terminal imkanlarının təkmilləşdirilməsi (baqajın daşınması, qeydiyyat və s.).

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678