Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yeni Yaşıl Park və Nəbatat Parkı salınacaq

36 Baxış

Bakıda yeni Yaşıl Park salınacaq.

Turanmedia.az-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Şəhərdə əlçatan yaşıllıqların payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq Xocahəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai parkın salınması planlaşdırılır.

Qeyd edilən park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocahəsən gölünün ekoloji təmizlənməsinə təkan verəcək. Uzunmüddətli perspektivdə Lökbatan ilə Xəzər dənizi arasındakı bataqlıq əraziləri daxil etmək üçün park cənuba doğru genişləndirilə bilər.

Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Qu gölü ərazisi köçəri quş populyasıyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678