Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetində 19 nəfərə müvafiq şəhadətnamələr verildi

60 Baxış

Turanmedia.az xəbər verir ki, taksi minik avtomobillərinin sürücüləri üçün Mingəçevir Dövlət Universitetində (MDU) təşkil olunan növbəti təlimləri uğurla başa vuran 19 şəxsə müvafiq şəhadətnamələri təqdim edilib.

Təlimlər MDU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında əməkdaşlıq çərçivəsində təşkil edilib.

MDU-nun yüksək ixtisaslı müəllimlərinin təlimçi qismində cəlb olunduğu təlimlərə qatılan sürücülər sonda AYNA tərəfindən təşkil edilmiş imtahanlarda iştirak ediblər.

Rektor Şahin Bauramov şəhadətnamə alan sürücüləri təbrik edib, əməkdaşlığa görə AYNA İdarə Heyətinin sədri hörmətli Anar Rzayevə təşəkkürümüzü bildirib.

Sonda təşkilati dəstəyə görə Şahin müəllim AYNA Yevlax Regional İdarəsinin müdiri hörmətli İlham İlyasova və MDU-nun müvafiq akademik heyət üzvlərinə təşəkkür edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678