Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yəhudilər BMT TŞ-də aksiya keçiriblər

23 Baxış

Bir qrup yəhudi din xadimi (ravvin) BMT-nin Nyu-Yorkdakı qərargah binasında, Təhlükəsizlik Şurasının iclaslarının keçirildiyi zalda etiraz aksiyası keçirib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, BMT-ni gəzmək üçün tur qeydiyyatdan keçən 30-dan çox ravvindən ibarət qrup səhər saatlarında təşkilatın binasına gəlib. Onlar Təhlükəsizlik Şurasının otağında heç bir iclasın keçirilməməsindən istifadə edərək, Qəzzada davam edən münaqişənin dayandırılması üçün atəşkəs çağırışı ilə etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları ictimai tədbirlər üçün qapalı olan otaqda yüksək səslə dualar oxuyub və atəşkəsə dəstək şüarları səsləndiriblər. Təhlükəsizlik xidmətinin əməkdaşları din xadimlərini BMT-nin binasından uzaqlaşdırıb.

Qrup daha sonra BMT-nin əsas qərargah binası qarşısına toplaşaraq, atəşkəs tələblərini təkrarlayıb.

Qeyd edək ki, ötən ay Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs tələb edən qətnaməyə veto qoyulub. Şuranın 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb. Həmçinin keçən ay Şurada Qəzzaya humanitar yardımın artırılmasını nəzərdə tutan qətnamədən imtina edilib. Belə ki, ABŞ hərbi əməliyyatların dayandırılmasını tələb edən Rusiya tərəfindən düzəlişə veto qoyduqdan sonra rəsmi Moskva səsvermədə bitərəf qalıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678