Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hacı Gülağa Abışov : Ruhuna halallığ hopmuş adam yaxud işgüzar baxışları,vətən sevgisi ilə vəhdətdə olan bir insanın ömür yoluna düz baxış

169 Baxış

Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda biz də həmin tanınmışlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət, sadə və səmimi,geniş ürək sahibi,əsl azərbaycanlı,doğru,dürüst düşüncələrində dönməz,sağlam təfəkkür sahibi,doğulub boya-başa çatdığı Yardımlının saf,təmiz təbiətindən qurub-yaratmaq ruhuna hopan möhtəşəmliyin gerçək təzahürü bal kimi qəlbinə,qəlbindən də əllərinə süzülərək,düşüncələrinə rəngarənglik qatılan,respublikada kifayət qədər tanınıb,sayılıb-seçilən,dövlətin etimadını qazanmış,əsl vətəndaş,milli dövlətçilik maraqlarına sadiq,dəyərli, xeyriyyəçi əməlləri ilə hər zaman yadda qalan iş adamı Hacı Gülağa Abışovun portretini olduğu kimi təqdim etmək istəyirik.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Gülağa müəllim də,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin onun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Gülağa Abışov da,dəyərinin,həmçinin sanbalının çəkisi,çox ağır gələn nümunəvi dövlət adamlarımızdan, bacarıqlı və işgüzar insanlarımzdandır .
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan.
Beləki,Hacı Gülağa Abışov illərdir çoxtərkibli və geniş ictimai əhatəyə malik Sumqayıtda nüfuzlu iş adamı olmaqla yanaşı, həm də yaxşı əməlləri ilə yadda qalan bir xeyriyyəçi insan kimi də tanınmışdır.
Hacı Gülağanın vətəninə, xalqına bağlı olmasını, vətəndaşı olduğu dövlətinə sadiqliyini özündə təcəssüm etdirən keyfiyyətləri, bu insanın böyük mənəvi dəyərlərə malik bir şəxs oldugunu göstərən detallardandır.
44 günlük vətən savaşında Gülağa müəllimin xalqına, vətəninə, dövlətinə nə qədər sədaqətli olduğu bir daha təsdiq etmişdir
Sahibi olduğu “El-Plastik” MMC-nin ordumuzun Qarabağ uğrunda həyata keçirdiyi döyüş əməliyyatlarına dəstək məqsədi ilə Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 40000(qırx min) manat vəsait köçürdüyü, bundan əlavə şirkət tərəfindən döyüş bölgəsində olan əsgərlərimizin arxa cəbhədə qalan ailələrinə 50 kisə un pay verməsi və cəbhəyə 28 ədəd təkər göndərməsi. Bu insanın vətənin dar günündə ona nə qədər bağlı yaxın olduğununun bariz nümunələrindən yalnız kişik hissəsidir.
Çünki bu vətənpərvər insan hər zaman xalqının, dövlətinin çətin sınaqlar qarşısında olduğu zaman,onun daim yanında bir əsgər kimi dayandığını bütün varlığı ilə yaşayan sınanılmış övladıdır.
Bu amal, bu həyat kredosu günlük 44 savaşda bir daha gün kimi doğdu və Hacı Gülağanın çiyinlərində vətən borcunun yükünə döndü. Bu yükü daşımaq, ona sədaqət göstərmək andını elə vətən qarşısında da içdi.
Bu xeyirxah, mərd, comərd insan vətən müharibəsində vuruşan oğullarımızı doğurdan da unutmadı.
Əsl vətəndaş kimi müharibənin bütün günlərində ordumuzla birlik nümayiş etdirib, hərbi qulluqçularımıza arxa və dayaq olmağı özündə vətən borcu bilidi.

Hacı Gülağa bu gün də, dövlət və xalq qarşısnda xidmətlərini göstərmkdədir.Bu amal onun daxili aləmindən doğan dərin vətən sevgisi, dövlət təəssübünün inanılmaz bariz nümunəsidir.
Gülağa müəllim həm də, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Onun sahibkarlığ fəaliyyəti ilə yanaşı, həmçinin milli və dövlətçilik istiqamətində aparılan uğurlu siyasətə uyğun olaraq respublikanın gedən ictimai həyatında da əhəmiyyət kəsb edən fəaliyyət proqramı var.
Bu cür aktiv fəaliyyəti, respublika ictimai mühitinin daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir.
Bu üzdən də, Hacı Gülağa Abışov iş adamı kimi illərdir Azərbaycan xalqının milli mənafeyinə xidmət edən fəaliyyətini daha da intensivləşməsi ilə respublikanın ictimai həyatında yaxından iştirak edir.
Cəmiyyətin, xüsusilə də gənc nəslin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində ölkə ağsaqqalları ilə birgə fəaliyyət göstərir.
O, həm də gözəl ailə başçısıdır.
Övladlarını da, özü kimi milli-əxlaqi dəyərlərimizə xas təlim- tərbiyə edərək,onların milli ruhda,vətənə sevgi duyğusu ilə böyüdüb, boya,başa çatmasında Gülağa müəllimin böyük zəhməti olmuşdur.
Bu gün min bir əməklə yetişdirdiyi bu meyvələrin bəhərini də görməkdədir(!)
Bu Xeyirxah,Gülərüz,Nəcib İnsan haqqında çox danışıb, xoş sözlər söyləmək mümkündür.
Çünki bu onun Haqqıdır(!)
O, buna layiq insandır. Onun dövlət və xalq qarşısnadkı xidmətləri, dövlətçiliyə və milli maraqlara şəksiz sadiqliyi, yuxarıda sıralanan bir insan ömrünün zaman məsafəsinə sığmayan atılan addımların, çəkilən əməyin, görülən işlərin hələ ardının da gələcəyinə inam hissinin doğruluğunu görməyə bilmirsən(!)
Doğurdan da o, əsl vətənpərvər,xalqına, dövlətinə,onun maraqlarına sadiq vətəndaş,həm də milli- mənəvi dəyərlərin yorulmaz təbliğatçısı,zəngin əxlaqi dünyagörüşü olan xadim, əsl insan, sadə,səmimi,səxavətli,ürfan və mərifət sahibi, Əsl Vətənpərvər şəxsdir.
Biz həmçinin çox dəyərli və hörmətli insanlarımızdan biri kimi Gülağa müəllimə bundan sonra da işgüzar, həmçinin ictimai fəaliyyətində, dövlət və dövlətçilik işlərində, milli maraqlarımızın qorunması və təəssübkeşliyi isiqamətində, xalqa olan sevgisi, xalqın da ona sonsuz sevgisi yolunda, bol naliyyətlər, can sağlığı, fədakarlığ, dəmir iradə, polad ürək sahibi olmasını arzulayırığ(!)
Sonda onu demək yerinə düşəndir ki, Allah Sevdiyi Bəndələrinə daha çox Öz Haqqını Əta Edəndir(!)
Hacı Gülağa həmçinin,Allahın Sevib Seçdiyi,Qüdrətindən Xəlq Etdiyi həmin Yaradılmışlardandır(!)
Haqqına Salam olsun Dəyərli və Xeyirxah İnsan,Səsin Haqdan Gəlsin, İçində Vətən Sevgisi Gəzdirən, İşıqlı Adam (!)

E. Seyidzadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678