Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə ilin ilk səyyar görüşü keçirildi

163 Baxış

Turanmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2024-cü ilin ilk sakinlərlə görüşlərinə başladı. İlin ilk görüşü Mingəçevir 7 saylı məktəbin akt zalında əraziyə yaxın və digər yaşayış ünvanlarından gələn sakinlərlə keçirilib.Görüşdə ŞPŞ rəisi Ədalət Əliyev,icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Görüşü giriş sözü ilə açan icra başçısı əvvəlcə bildirdi ki,bu görüşlər onlar üçün çox vacibdir və burada sakinlər dinlənilir,mövcud olan problemlər nəzarətə götürülür.Daha sonra başçı ötən ildə şəhərdə görülən işlərdən və bu ilin görüləcək işlərindən danışıb.Görülən işlərin davamı olaraq bu il də şəhərin bütün ərazisində tədbrlər planına uyğun işlər görüləcək. Başçı onu da diqqətə çatdırdı ki, Mingəçevirdə yeni iş yerləri yaradılacaq. Köhnə Regenrat zavodunun yerində Sənaye müəssisəsinin tikilməsi,Şüşə zavodunun yerində MDU-nun böyük kampusunun tikilməsi ,Az.Dres qəsəbəsində yeni stansiyanın tikintisi və şəhərdə sahibkarlığın işkişafıda yeni iş yerlərinin yaradılmasına xidmət edir. Mingəçevirdə son 4 ildə sahibkarlığın inkişafına göstərilən dəstəklə 850 iş yeri yaradılıb. Bu dəstək bu gün də davam edir:” Çalışırıq ki,insanları narahat edən problemləri aradan qaldıraq. İcra hakimiyyətinin elektron ünvanı hər kəsə açıqdır kimi narahat edən problem varsa həmin ünvana elektron məktub göndərə bilər”.
Daha sonra sakinlər onları narahat edən problem və təkliflərlə mikrafon qarşısında fikirlərini çatdırıblar. Sakinlər onu da bildiriblər ki, şəhərimizin inkişafı naminə həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə və şəhər rəhbərliyinə dəstək göstərməyə hazırdırlar.
İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərə aydınlıq gətirib, onların həlli məqsədi ilə müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinə yerindəcə tapşırıqlar verib.

Esmira Hidayətova