Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib

37 Baxış

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev hava şəraiti ilə bağlı sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, R. Tağıyev bu barədə Facebook sosial şəbəkəsində paylaşım edib.

O, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 14-16-da paytaxt yollarının, eləcə də magistral yolların buz bağlama ehtimalı olduğu bildirib:

“Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərdən buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur. Yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər. Həmçinin, sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678