Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı üçün püşkatma keçiriləcək

20 Baxış

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də püşkatma keçiriləcək.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678