Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıtdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

23 Baxış

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicələri Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.

Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.

1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678