Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu şəxslərin maaşlarına əlavənin müddəti artırıldı

35 Baxış

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678