Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Relssiz tramvay bizə lazımdırmı? – AÇIQLAMA

23 Baxış

Bakıda tramvayın dəqiq olub-olmaması təsdiqlənməyənə qədər bu mövzu ətrafında hələ çox müzakirələr olacaq. İndi isə “relssiz tramvay” məsələsi gündəm olub. Təxmini belə düşünürlər: “Qoy tramvaylar olsun, lakin xərc çəkib relslər salmayaq, bu köhnə texnologiyadır, adi təkərlərlə hərəkət etsin”. Çində belə texnologiya hazırda sınaqdan keçirilsə də, hələ özünü doğrultamayıb, bunun üçün zaman lazımdır.

Çin

“Ölkə.Az” xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, “İnsan yönümlü şəhərlər” səhifəsinin rəhbəri Anar Əliyev deyib. O bildirib ki, indidən bu cür sistemlərin mənfi cəhətlərindən danışmaq olar:

“Relssiz tramvay sadəcə böyük elektrobusdur. Yəni, o gedib haradasa dayanıb, şarj yığmalıdır. Bu isə vaxt itkisi deməkdir.

Belə tramvaylara relslər lazım olmasa da, onların xüsusi nişanlanması ideal olmalıdır, istər nişanlanma xətləri, istər yol örtüyünün özü. Yəni, bu, relslərdən çox da ucuz olmayan yol infrastrukturudur.

Ekoloji cəhətdən belə sistemlər tramvaylar kimi təmiz deyil. Təkərlərin asfalt ilə təması havaya zərərli maddələrin qalxmasına səbəb olur”.

Ekspert deyir ki, əgər Bakıda tramvayın təşkil edilməsi üçün maddi vəsait yoxdursa, o zaman, avtobusların üzərində BRT sistemlərinə üstünlük verək: “Tiflisdə, İstanbulda və bir sıra digər şəhərlərdəki kimi. Heç olmasa, belə sistemlərin dünyada geniş tətbiq olunduğunu bilərək, onların təcrübəsinə əsaslanaraq özümüzə uyğun inteqrasiya edək”.

“Kimsə deyirsə ki, tramvay köhnəlmiş nəqliyyat növüdür, xatırladım ki, son illər ərzində İzmir, Dubay, hətta Əlcəzairdə yeni tramvay xətləri çəkilir. Bakıya isə tramvayların qayıdıb-qayıtmaması hələ də sual altındadır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678