Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Sabahın alimləri” XIII Respublika müsabiqəsinin şagirdləri Mingəçevir Dövlət Universitetində

66 Baxış

Turanmedia.az xəbər verir ki, “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin növbəti mərhələsinə yüksələn Mingəçevir şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Mingəçevir Dövlət Universitetinin (MDU) alimləri ilə görüşüblər.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektoru ilə birlikdə keçirilən tədbirin əsas məqsədi kreativ ideyaları olan şagirdlərə MDU alimlərinin elmi mentorluq dəstəyinin davam etdirilməsi olub.

MDU-nun Kibertəhlükəsizlik, Ekologiya və Kimya laboratoriyalarında baş tutan görüşlərdə faydalı müzakirələr aparılıb, layihələrin hazırlanması üçün konkret addımlar razılaşdırılıb.

Yerləşdiyimiz regionun təhsil müəssisələri ilə MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi prioritetlərimiz sırasındadır.

MDU yeni dövrün universitetinə çevrilir!

Bir 10 nəfər, dərs oxuyan insanlar, işıqlandırma və xəbər otağı şəkili ola bilər

Bir 13 nəfər, dərs oxuyan insanlar, xəbər otağı və mətn şəkili ola bilər

Bir 1 nəfər, dərs oxuyur, xəstəxana və mətn şəkili ola bilər

Bir 14 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678