Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb

146 Baxış

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb.

Oxu.Az-ın bankdan əldə etdiyi məlumata əsasən, məqsəd Gəncə şəhərini qatı tullantılardan təmizlənməsi, bu istiqamətdə infrastrukturun yenilənməsi və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasıdır.      

Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb.

Layihə Gəncə şəhərində tullantıların toplanma xidmətinin yaxşılaşdırılması dərəcəsinə, ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına kömək edəcək.

Əlavə olaraq bildirilib ki, layihə tullantıların idarə edilməsini yaxşılaşdıracaq və ətraf mühitə tullantıların toplanılması zamanı mənfi təsirləri azaldacaq.

 Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678