Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Taleh Qasımov: “Xankəndidə “KARMEN” markalı un satmırıq”

299 Baxış

“Son günlərdə sosial şəbəkələrdə “KARMEN” ticarət nişanı altındakı unumuzun Xankəndi şəhərindəki pərakəndə satış şəbəkələrində satıldığı barədə məlumatlar müzakirə edilir”.

Bu barədə “Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov Oxu.Az-a müraciət edib.

“Redaksiyanızdan Azərbaycanda istehsal olunan KARMEN ununun heç bir şəkildə Xankəndiyə tədarük olunmadığı və oranın ticarət piştaxtalarında heç bir şəkildə satılmadığı barədə bütün vətəndaşlarımızı məlumatlandırmasını xahiş edirik”, – deyə o qeyd edib.

“Həmçinin bildiririk ki, Gürcüstan Respublikasında da KARMEN ticarət markası altında un istehsal edirik. Əldə etdiyimiz məlumata görə, Ermənistan öz ununun olmaması səbəbindən Gürcüstanın (Axalkalaki) sərhəd zonasındakı mağazalardan və topdansatış məntəqələrindən un (əlinə düşən hər hansı bir ticarət markasını) almaq məcburiyyətində qalır və sonra müxtəlif yollarla həm öz ərazisinə, həm də Xankəndiyə çıxarır”.

Taleh Qasımov Azərbaycan vətəndaşlarından “Karat Holding” MMC ilə bağlı əsassız şayiələrə inanmamağa cağırıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678