Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qobustan Vətən Müharibəsi qazisini coşqu ilə qarşıladı – VİDEO

145 Baxış

Qanı-canı bahasına vətən uğrunda döyüşlərdə şücaət göstərən qəhrəmanlarımız tarixdə iz qoydular. 

Baku TV xəbər verir ki, Qobustanın Ərəbqədim kənd sakini, qazi Rais Süleymanov da müalicəsi bitdikdən sonra doğulduğu kəndə qayıdıb.

Əllərində üçrəngli bayrağımız, qazimizi böyük coşqu ilə qarşılayan kənd sakinləri yol boyu onu “Qarabağ Azərbaycandır!” şüarları ilə müşaiyət ediblər.

Birinci Qarabağ müharibəsində şəhid olan igidlərimizin qəbrini ziyarət edən qazimiz bundan sonra evinə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə yaralanan Raisin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub. 

Qazimizin kiçik qardaşı da döyüşlərə qatılaraq, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edib. Hazırda o, Şuşada xidməti vəzifəsini icra edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678