Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi – VİDEOREPORTAJ

136 Baxış

Əslən Laçından olan polkovnik-leytenant Rəşad Sadıqovun ən böyük arzusu ata yurdunun düşmən tapdağından azad edilməsi olub. Elə Laçın uğrunda gedən döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb.  

Baku TV xəbər verir ki, Rəşad Sadıqov Zəngilan, Qubadlı, Füzuli və Cəbrayılın işğaldan azad edilməsində müstəsna xidmətlər göstərmiş zabitlərimizdən olub. 

Qələbə xəbərlərini ilk olaraq atası Xanlar Sadıqovla bölüşüb. Lakin Rəşadın ölüm xəbərinə dözə bilməyən ata şəhid oğlunu dəfn edəndən 13 gün sonra vəfat edib.

Bu gün Rəşadın iki övladı yadigar qalıb: 11 yaşlı Nihat və doqquz yaşlı Nuray.

Nihat deyir ki, atası hər zaman onun qəhrəmanı olub. Bu gün isə o, bütün Azərbaycanın qəhrəmanıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678