Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vilayət Eyvazovdan yeni təyinat – FOTO

164 Baxış

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəriman İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, N.İmanov buna qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində xidmət edib

Xatırladaq ki, bu gün Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmayılov Bakı Şəhər Baş Polis idarəsinə rəis təyin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678