Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qafqazın Hirosiması” və ya “Ruhlar şəhəri” olan Ağdam – FOTO

173 Baxış

Ermənistanın Ağdamı dağıntılara məruz qoyduğunu əks etdirən fotolar yayımlanıb.

Bakı Media Mərkəzinin əməkdaşları işğaldan azad olunmuş Ağdamda çəkdikləri fotoların bir hissəsi təqdim ediblər. Bu barədə mərkəzin “Instagram” səhifəsində paylaşım edilib.

Bildirilib ki, indi bu ərazilər “Qafqazın Hirosiması” və ya “Ruhlar şəhəri” olaraq adlandırılır.

“Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər – Ağdam indi bütün dünyada məhz belə adlarla tanınır. Erməni işğalçıları Ağdamı barbarcasına məhv ediblər. Birinci Qarabağ müharibəsindən əvvəl şəhərdə fabriklər, dəmir yolu stansiyası, tibb, musiqi, kənd təsərrüfatı məktəbləri və teatr fəaliyyət göstərirdi. İndi isə onların yerində dağıntılar və ot basmış ərazilər qalıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678