Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazax sakinindən narkotik vasitə aşkar edildi – FOTO

163 Baxış

Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Abbasov saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman əlindəki qara rəngli polietilen torbanın içərisindən 445 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N.Abbasov narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678