Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə cinayət işi açıldı

142 Baxış

Qazax rayonunda yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi açılıb.

Qazax rayon prokurorluğundan verilən məlumata görə, Qazax rayon sakini 1996-cı il təvəllüdlü Mustafayev Kənan Xəlil  oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejimini pozaraq, 30.11.2020-ci il tarixdə Qazax rayonu ərazisində yerləşən mağazaya gedib, rayon sakinləri ilə təmasda olmaqla yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb. 

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Qazax rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678