Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlikdən Qusarda meşədə ağacların kəsilməsi ilə bağlı AÇIQLAMA + FOTO

156 Baxış

Qusar rayonunun Nəcəfkənd-Qələnxur meşələrində ağacların kəsilməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə sosial şəbəkədə bildirib ki, Qusar rayonunda ağacların kəsilməsi ilə bağlı yayılmış məlumat araşdırılıb:

“Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklif əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, Qusar rayonunun Nəcəfkənd kəndi ərazisində mövcud olan dövlət meşə fondu torpaqların bir hissəsi Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilib.

Hazırda müvafiq icazə əsasında həmin ərazidə olan ağac və kolların köçürülməsi və götürülməsi işlərinə başlanılıb”.

“Qusar rayonu Xuluq kəndinin ərazisində ağacların kəsilməsi  ilə bağlı yayılmış digər məlumat isə araşdırılıb və adıçəkilən kəndin ərazisində ağacların kəsilməsi faktı təsdiqini tapıb.

Hazırda ağacların kəsildiyi ərazinin torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən edilməsi üçün aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə iş aparılır.

Torpağın mülkiyyətçisi və təqsirkarlar müəyyən edildikdən sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, – deyə o məlumat verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678