Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi tutuldu

155 Baxış

Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub. Ancaq o, evdə özünü təcrid etməli olduğu halda, karantin qaydalarını pozaraq, ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib. 

X.Məmmədov barəsində Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678