Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BDU-nun müəllimi Harvard Tibb Məktəbinin sertifikatına layiq görülüb – FOTO

152 Baxış

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müəllimi Nigar Hüseynova Harvard Tibb Məktəbinin (Harvard Medical School) Biokimya ixtisası üzrə təşkil olunmuş kursunu distant formada uğurla başa vuraraq fərqlənmə sertifikatına layiq görülüb.

Bu barədə BDU-dan məlumat verilib.

Məlumata görə, Harvard Tibb Məktəbinin distant şəkildə təşkil olunmuş kursları sırasında immunologiya, fiziologiya, genetika, əczaçılıq kimi baza kurslar və müasir immuno-onkologiya, xərçəng genomikası, xroniki iltihabın autoimmunluğun və allergiyanın müasir terapiyası, genetik testlər və sekvensiya texnologiyaları pro-kursları önəmli yer tutur. Kurslar fənn bloklarına müasir innovativ yanaşma tərzi ilə seçilir. Bu kurslarda biliklərini təkmilləşdirən müəllimlərin əldə etdikləri təcrübə və bilik universitetin Biofizika və biokimya kafedrasında keçirilən fənlərin tədris metodikasına müsbət töhfəsini verəcəkdir. Bu günə kimi Harvard Tibb Məktəbinin məzunları arasında bir çox dünyaca məşhur alimlər, o cümlədən 9 Nobel mükafatçısı da yer alır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678