Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda koronavirusa yoluxma faizi ilə bağlı XƏBƏRDARLIQ

165 Baxış

“Bu gün ölkə üzrə koronairusa yoluxmanın 52 faizi Bakı şəhərinin payına düşür”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentin  müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

O qeyd edib ki, iyun-iyul aylarında aparılan test nümunələrinə əsasən, yoluxma faizi 10 faizin altında olurdusa, bu gün ölkə üzrə yoluxma faizi 25-dən yuxardır:

“Yoluxma faizində artım müşahidə edilir. İntensiv terapiya və reanimasiyalarda xəstələrin sayı iki dəfə çoxdur. Bu da bəzi tədbirlərin görülməsi üçün işarələrdir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678