Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zəfər paradı ilə bağlı avtobusların hərəkət sxemi dəyişdirildi – RƏSMİ

143 Baxış

Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti – Azneft dairəsi – “28 May” m/st-sı, Nobel prospekti – Xətai m/st-sı – “28 May” m/st-sı istiqamətində eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan “Zəfər Paradı”-nın yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmalarını və əməl etmələrini xahiş edirik. Həmçinin tövsiyə edirik ki, zərurət olmadığı halda şəhər mərkəzi istiqamətində fərdi avtomobillə etməyəsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678