Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Blokda yaşayan 20 yaşlı Elmir sığınacağa yerləşdirildi – FOTO

137 Baxış

Sosial şəbəkələrdə çətin həyat şəraiti ilə üz-üzə qalan, bloklarda gecələyən gənclə bağlı edilən paylaşımlar aidiyyəti qurumlar tərəfindən görüldükdən sonra bu istiqamətdə zəruri addımlar atılıb.

Paylaşımlarda qeyd edilən Elmir adlı oğlan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Bildirilib ki, Elmirin vəziyyəti barədə xəbər tutan kimi Sosial Xidmətlər Agentliyinin əməkdaşları dərhal onunla görüşmək üçün barəsində məlumatı paylaşan xanımla əlaqə saxlayıblar. Elmirin yaşadıqları, ehtiyacları öyrənilib:

“Elmir artıq Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. İsti mühit və gündəlik qidalanma ilə təmin edilir. Elmirin sonrakı dövrdə məşğulluğunun təmini üçün də çalışacağıq”.

Xatırladaq ki, bu barədə sosial şəbəkədə ilk dəfə paylaşım edən şəxs Elmir üçün təmiz geyimlər aparmışdı. Onun paylaşımından sonra qısa müddətdə Elmirə kömək etmək istəyən şəxslərin sayı artdı. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678