Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millət vəkili: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndiriləcək”

160 Baxış

Son illər Azərbaycanda məmurlar rüşvət alan zaman hüquq-mühafizə orqanları tərəfindən saxlanılır. Yaxın iki il ərzində xeyli sayda yüksək məmurla bağlı həbs qətimkan tədbirləri seçilib. 

Bir neçə gün bundan əvvəl Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun da rüşvət alması ilə bağlı həbs edilməsi mövzunu daha da aktuallaşdırıb.

Millət Vəkili Vüqar Bayramov məmurların rüşvət alması məsələsi ilə bağlı Oxu.Az-a danışıb. 

Onun sözlərinə görə, istənilən ölkədə korrupsiyaya qarşı mübarizədə inzibati metodlardan istifadə olunur:

“Azərbaycanda yalnız inzibati metodlar deyil, elektron xidmətlərdən istifadə etməklə vətəndaşların, sahibkarların dövlət xidmətlərinə çıxış imkanlarının asanlaşdırılması, eyni zamanda, məmurlarla birbaşa ünsiyyətin minimuma endirilməsi praktikası da tətbiq olunur. Bununla da deyə bilərik ki, Azərbaycanda xeyli sayda dövlət xidmətləri elektronlaşdırılıb. İnzibatı metodlar çox vacibdir.

Aparılan tədqiqatlar göstərir ki, korrupsiyaya qarşı mübarizədə səmərəlilik inzibati metodların tətbiqindən asılıdır. Bu kontekstdə, xüsusi ilə korrupsiyadan adı hallanan məmurların həbs edilməsi inzibati metod kimi qiymətləndirilməlidir”.

Millət vəkili bildirib ki, 2015-ci ildən etibarən Azərbaycanda dərinləşmiş islahatlar aparılır:

“Azərbaycanda növbəti dövrlərdə də korrupsiyaya qarşı mübarizənin daha da gücləndiriləcəyi gözlənilir. Hər bir məmurun bu islahatlara uyğun olaraq, şəffaf fəaliyyəti çox önəmlidir. Növbəti dövrlərdə də innovativ və inzibati metodlardan istifadə olunmaqla korrupsiyaya qarşı mübarizə genişlənəcək.

Son hadisələr göstərir ki, korrupsiyaya qarşı ciddi siyasi iradə var. Xüsusən də bu siyasi iradəyə uyğun olaraq yüksək vəzifəli məmurlar öz fəaliyyətlərini şəffaf şəkildə qurmalı və özləri korrupsiyaya qarşı mübarizə aparmalıdırlar. Yeni dövrün çağırışlarına uyğun olaraq rəhbəri olduqları qurumlarda  şəffaflığın təmin olunması prioritet məsələlərdəndir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678