Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

140 Baxış

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu müəyyən edilib.  

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678