Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

137 Baxış

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, yolu keçən Ağdaş sakini, 34 yaşlı Əliyev Tural Adil oğlunu “Tofaş” markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678