Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bəzi rayonlarda qaz olmayacaq

161 Baxış

Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, Qaz İxrac İdarəsi diametri 1200 millimetr olan “Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində iki gün ərzində təmir işləri aparacaq.

Kəmərin 332-ci və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin dekabrın 12-si və 13-ü tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bildirilib ki, bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678