Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev: “Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur”

136 Baxış

“İşğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı cənab Prezidentin sərəncamı var. Həmin sərəncama uyğun olaraq müvafiq işçi qrupları yaradılıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu istiqamətdə müzakirələr aparılır, planlaşdırma işləri görülür”, – deyə o vurğulayıb.

H.Hacıyev onu da bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi yoxdur:

“Azərbaycan öz torpaqlarını işğaldan azad edib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678