Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN-in Kəlbəcərdə yerli strukturu fəaliyyətə başladı – VİDEO

141 Baxış

İşğaldan azad olunmuş Kəlbəcər rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkili davam etdirilir.

Belə ki, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678