Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ümumdünya Səhiyyə Təşkilatı Ağdamda – FOTO

144 Baxış

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) münaqişədən zərər çəkmiş bölgələrdəki missiyası davam edir.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, dünən missiya üzvləri Ağdam rayonunda olub, yerli icra hakimiyyətini və müxtəlif səhiyyə müəssisələrini ziyarət edərək, tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb. 

Həmçinin, Üçoğlan və Qaradağlı kənd həkim məntəqələrinə baş çəkilib.

Ziyarət edilən xəstəxanalara maska yardımı edilib və yerli icra hakimiyyətinə zərər çəkmiş ailələrə paylanması üçün gigiyena dəstləri verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678