Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Uğrunda mübarizə apardığı torpağın adı ilə mükafatlandırılan Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri – FOTO

170 Baxış

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Musayev Ramil Aydın oğludur. Gizirimiz 1991-ci ildə İsmayıllı rayonunun, Günəşli kəndində anadan olub.

Şəhidimizin qardaşı Ramal xatirələrini Trend-ə danışıb. Ramala qardaşı haqqında danışmaq çətin olsa da o, qardaşı ilə qürur duyur. Deyir ki, Ramil səkkiz ilə yaxın idi ki, XTQ-də xidmət edirdi. Bu illər ərzində ona işi ilə bağlı nə qədər sual versəm də, çox az danışardı. Məxfiliyi qoruyub saxlayardı. Danışdıqları ancaq ümumi – hamının bildiyi söhbətlər idi. Ramil 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub, xeyli sayda düşməni məhv edib.

İkinci Qarabağ müharibəsi başlayan gündən Füzuli-Cəbrayıl istiqamətində döyüşüb. Düşmənə qarşı müxtəlif döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 3-ü Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüş yoldaşları onu mərd, qorxmaz döyüşçü kimi xatırlayırlar. Təəssüf ki, uğrunda mübarizə apardığı və inandığı qələbəni görə bilmədi.

Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunda dəfn edilib.

Ramal deyir ki, qardaşı şəhid olandan sonra atası çox yaşamayıb. Ramilin yoxluğuna dözə bilməyib. Dekabrın altısı vəfat edib.

Ölümündən sonra döyüşlərdə göstərdiyi rəşadətə görə “Qarabağ”  ordeni ilə təltif olunub.

Ramil bir ailənin övladı olmaqdan çıxıb böyük vətənimizin şəhid övladına çevrilib.

Qardaşı deyir ki, Ramil bu il ailə həyatı qurmuşdu. Doğulacaq körpəsini görmək ona qismət olmadı.

Allah şəhidlərimizə rəhmət eləsin!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678