Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaqatalada SMS icazəsi olmadan və tibbi maskasız küçəyə çıxanlar cərimələndi – FOTO

130 Baxış

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun giriş və çıxışlarında qurulan karantin postlarında polis və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. 

Postlarla yanaşı, şəhər daxilində də mobil qruplar tərəfindən yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır. İcazələri olmadan yaşadıqları ünvanları tərk edənlərə sərtləşdirilmiş karantin rejiminin tələbləri diqqətə çatdırılır və barələrində cərimə protokolu tərtib olunur. 

Həmçinin, reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678