Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samuxa qonaqlığa gedən COVID-19 xəstəsi saxlanıldı – FOTO

129 Baxış

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ 2107” avtomobilini saxlayıblar. 

Yoxlama zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, izolyasiya olunaraq ev şəraitində müalicə edilməli olan, Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilib. O, Samux rayonuna qonaqlığa gəldiyini bildirib.

V. Babayev hüquqi izah verilərək, ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarılıb.

Daha bir analoji hadisə Daşkəsəndə baş verib.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk edən rayon sakinləri Pakizə Məmmədova və Azər Abdullayevi aşkarlayaraq evə qaytarıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678