Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi – VİDEO

149 Baxış

Dekabrın 15-i axşam saatlarında Saatlı rayonu, H.Əliyev prospektində diametri 76 mm olan qaz xətti daş hasarın aşması nəticəsində zədələnib.

“Azəriqaz”dan verilən məlumata görə, nəticədə 80 fərdi yaşayış evinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bir qədər sonra hələlik 70 abonentin qaz təminatını bərpa etmək mümkün olub. Bundan başqa, dörd qaz sayğacı yararsız vəziyyətə düşüb.

Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsi müvafiq tədbirləri icra edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678