Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın tanınmış pediatrı vəfat edib – FOTO

139 Baxış

Azərbaycanın tibb elminə ağır itki üz verib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, görkəmli alim, tanınmış pediatr, tibb elmləri doktoru, professor, akademik Adilə Namazova vəfat edib.

O, dekabrın 16-da ömrünün 94-cü ilində ölüb.

Qeyd edək ki, A.Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasında başlayıb.

Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.

1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib.

Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Adilə Namazova 300 elmi əsərin, səkkiz monoqrafiya və dərsliyin, beş ixtiranın müəllifidir.

Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib.

A.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olub.

Azərbaycan Tibb Universiteti əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Adilə Namazovanın vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınları və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Akademik Adilə Namazovanın təltif və mükafatları:

1. Azərbaycan Respublikasının “Şöhrət” ordeni (1996);

2. Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011);

3. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2016):

4. Dövlət mükafatı laureatı (1981);

5. Əməkdar elm xadimi (1982);

6. “Akad. M.Topçibaşov mükafatı laureatı və medalı” (2005);

7. Azərbaycan Pediatrlar Assosiasının Prezidenti

8.Ümumdünya Pediatrlar Assosiasının Rəyasət Heyətinin üzvü

9.Türkdilli ölkələrin Pediatrlar Assosiasiyasının vitse prezidenti.

10. Avropa Pediatrlar Assosiasının üzvü.

11. Səhiyyə əlaçısı (1975);

12. Moskvanın və bütün Rusiyanın Patriarxının “Müqəddəs Çar Dimitri Ordeni” (2007);

13. Azərbaycan Milli Elmlər Akademiyasının “Akademik Mirəsədulla Mirqasımov mükafatı” (2016)

14. Rusiya Pediatrlar İttifaqının “Akademik G.Speranski Medalı” (2016)


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678