Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıtda ağac kəsilməsi ilə bağlı sənədlər prokurorluğa göndərildi

140 Baxış

Sumqayıt şəhəri, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə dörd ağacın kəsildiyi və təbiətə 1560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Sumqayıt Şəhər Prokurorluğuna göndərilib”.

B.Məhəmmədov yaşıllıqların qayğısına qalan və onların mühafizəsinə həssas münasibət göstərərək Xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkür edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678