Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda içki istehsalının həcmi açıqlanıb, şərab istehsalında kəskin azalma var – FOTO

137 Baxış

Azərbaycanda 2020-ci ilin yanvar-noyabr aylarında 390,8 milyon manat dəyərində içki məhsulu istehsal edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə içki istehsalı 10,3 faiz azalıb.

İçki məhsullarından araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz, konyak istehsalı 1,7 faiz, pivə istehsalı 9,5 faiz, alkolsuz içkilərin istehsalı isə 3,4 faiz artıb.

Ölkəmizdə mühüm məhsul növlərindən hesab edilən üzüm şərabı istehsalı isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54,6 faiz azalıb. Üzüm şərabı istehsalında kəskin azalma içki istehsalının ümumi həcminin də azalmasına səbəb olub.  

Eləcə də, bildirilib ki, yanvar-oktyabr aylarında ixracın strukturunda alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edən məhsul növlərindən olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678