Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Masallıda koronavirusla bağlı nəzarət tədbirləri gücləndirildi – VİDEO

116 Baxış

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu digər şəhər və rayonlarda olduğu kimi Masallıda da şəhərin giriş hissələrində stasionar postlar qurulub.

Baku TV xəbər verir ki, burada polis əməkdaşları ilə yanaşı daxili qoşunların hərbi qulluqçuları da xidmət aparır. Şəhərə daxil olmaq istəyənlərin, həmçinin, yaşayış yerini tərk edən vətəndaşların müvafiq icazələrinin olub-olmaması yoxlanılır.

Müəyyən olunmuş tələb və qaydalara riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür. Eyni zamanda pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ətraf kənd və qəsəbədə yaşayan vətəndaşlara zərurət olmadığı hallarda icazəsiz rayon mərkəzinə gəlməyə cəhd etməmələri barədə xəbərdarlıq edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678