Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rüşvət almaqda təqsirləndirilən sabiq rəis HƏBS EDİLDİ

329 Baxış

Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

APA xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O. Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. 

Daha sonra o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən O. Məmmədov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678