Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“PAŞA Sığorta”dan COVID-19 təminatlı yeni “COVID Yardım” tibbi sığorta məhsulu!

150 Baxış

Gözlənilmədən ortaya çıxan bütün situasiyalara çevik şəkildə uyğunlaşan və hər zaman müştərilərin ehtiyac duyduğu məhsulları təqdim edən “PAŞA Sığorta” gərgin keçən pandemiya dövründə həm fərdi, həm də korporativ müştərilərin əldə edə biləcəyi “COVID Yardım” adlı yeni tibbi sığorta məhsulunu təqdim edir.

Münasib qiymətlə təklif edilən məhsul sayəsində şirkət tibbi sığorta bazarındakı xidmətində fərq yaratmağa davam edəcək.

“COVID Yardım” məhsulu müştəri seçimindən asılı olaraq, altı ay və bir il müddətinə təklif edilir. Fərdi müştərilərimiz üçün məhsul üzrə sığorta haqqı, təminat müddətindən asılı olaraq, müvafiq şəkildə 159 AZN və 209 AZN təşkil edir.

Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus göstəricilərini və əlamətlərini hiss edərək, müraciət edən sığortalı müştəriyə dianostika üçün COVID-19 PZR testi (analiz burun-boğazdan yaxma üsulu ilə götürülür), COVID-19 İgM, COVID-19  İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Məhsul haqqında ətraflı məlumat, həmçinin, müraciət üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz.

Bundan əlavə, “PAŞA Sığorta” şirkətinin rəsmi “Facebook” (https://www.facebook.com/pasha.insurance/) və “Instagram” səhifələrinə yazmaqla da müraciət etmək mümkündür.

“PAŞA Sığorta”nın sağlamlığınızın qayğısına qalacaq yeni məhsulu ilə virusa qarşı “neqativ” olun!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678