Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gömrükçülər bəyan edilməyən 16 ədəd mobil telefon aşkarlayıblar – FOTO

105 Baxış

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə DGK-a məlumat yayıb.

Bildirilib ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri “DAF” markalı yük avtomobilləri saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən üç ədəd “İphone 11 Pro Max”, doqquz ədəd “İphone 11 Pro Max Midnight Green 64 GB”, iki ədəd “İphone 11 Pro Max Midnight Green 256 GB”, bir ədəd “İphone 11 Pro Max 64 GB”, bir ədəd “İphone X Space Grey 256 GB” markalı mobil telefonlar və bu telefonlara aid boş qutular, 250 ampul isə dərman vasitələri aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678