Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni sədri və idarə heyəti məlum oldu – FOTO

192 Baxış

Ölkəmizin ən böyük tələbə platforması olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 5-ci Hesabat-Seçki Konfransı keçirilib. 

Tədbirdə çıxış edən natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etməsi münasibətilə iştirakçıları təbrik edib, zəfəri Azərbaycan xalqına yaşatdığına görə Azərbaycanın rəşadətli ordusu və müzəffər Prezidentinə təşəkkür edib, eləcə də Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin, o cümlədən tələbələrin həm ön, həm də arxa cəbhədə fəaliyyəti yüksək dəyərləndirilib. 

Hesabat-Seçki Konfransı zamanı Sədr, İdarə Heyəti və Katiblik tərəfindən son 2 il ərzində görülmüş işlər haqqında hesabat təqdim olunub, eləcə də İttifaqa 2020-2022-ci illər üçün Sədr, Sədr müavini və İdarə heyəti üzvlüyünə keçirilmiş seçkilərin nəticələri elan edilib. 

Seçkilərin nəticələrinə əsasən Slavyan Universitetinin tələbəsi Pərviz Mirələmli İttifaqın yeni sədri seçilib. Pərviz Mirələmli seçkilərdən sonra çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və seçki öncəsi platformasında bəyan etdiyi kimi ATGTİ-nin sədri kimi dörd əsas məsələyə diqqət yetirəcəyini vəd edib: tələbələrin hüquqlarının müdafiəsinin gücləndirilməsi, tələbə gənclər təşkilatlarının islahatı, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və ATGTİ çərçivəsində keyfiyyətə nəzarət mexanizminin yaradılması. 

Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Şahin İsmayılov, Bakı Dövlət Universitetinin Rektoru Elçin Babayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova çıxış ediblər.

Çıxışçılar ATGTİ-nin gələcək fəaliyyətinə uğurlar arzu edərək, bu fəaliyyətə dəstək göstərməyə hazırlıq olduqlarını ifadə ediblər və fəaliyyətin daha da gücləndirilməsi üçün öz tövsiyələrini ATGTİ-nin diqqətinə çatdırıblar.

Qeyd edək ki, Zoom onlayn platforması üzərindən keçirilən görüşdə 800-dək tələbə iştirak edib, təqribən bir o qədər şəxs də konfransı “Facebook” üzərindən canlı izləyib. Bununla, ATGTİ tarixinin ən kütləvi hesabat-seçki konfransını keçirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678