Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində iştirak edən bir qrup əməkdaşı təltif edilib – FOTO

323 Baxış

İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı Vətən müharibəsindəki igidliklərinə görə təltif edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib.

Bildirlib ki, onlardan bir qrupu – Sumqayıt Kimya Sənaye Parkının mütəxəssisi Nəsibov Asəf Səfəralı oğlu (ölümündən sonra), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Bağırov Cavid Malik oğlu, Qafarlı Sərxan Qüdrət oğlu, Abasov Rəşad Barat oğlu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Tağıyev Olxan Arif oğlu, “Təmiz Şəhər” ASC-nin əməkdaşları Abbasov Musa Zirəddin oğlu, Dəmirli Elməddin Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüşdə şücaətlərinə görə fərqləndikləri üçün “Cəsur döyüşçü”, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin digər əməkdaşı Alıyev Neməddin Sədrəddin oğlu isə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678