Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AzTV sədri: “Azərbaycan mediasında naşı, sıravi və qeyri-peşəkar insanlar var”

331 Baxış

“Bu gün əfsuslar olsun ki, Azərbaycan mediasında naşı və ya sıravi, düşüncə baxımından qeyri-peşəkar insanlar var.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hər hansı məsələni kimlərinsə prizmasından ötürən həmkarlar da var: 

“Bu gün də hər bir tənqidin və müsbət fikrin bir əsası və faktı olmasına çalışmalıyıq. O faktı bizdən eşitmək istəyirsinizsə, biz öz həmkarlarımıza açığıq. Çalışırıq ki, televiziyada baş verənlər barədə operativ və obyektiv məlumatlar verək”.

Sədr qeyd edib ki, yanvar ayından etibarən AzTV yeni efir otağından yayıma başlayacaq:

“AzTV-nin HD yayıma keçməsi üçün işlər aparılır”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678