Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik nümayəndələri müharibədə yaralanmış əsgərin ailəsi ilə görüşüb – FOTO

332 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış Rahmanov Azər Xanoğlan oğlunun ailəsi ilə görüşüblər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan ailə üç nəfərdən (əsgərin özü, anası və qardaşı) ibarətdir. Azərin anası hazırda işləyir, qardaşı 26 yaşlı Rəfael də Bakıdakı şirkətlərin birində çalışır.

Azərin əlillik dərəcəsinin qiymətləndiriləcəyi və əlillik təyinatı aparıldığı halda onun nazirlik tərəfindən aylıq sosial ödənişlərlə və reabilitasiya xidmətləri ilə təmin olunacağı, digər sosial dəstək tədbirləri ilə əhatə olunacağı barədə ailəyə məlumat verilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678