Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Delta Qrup C.O.” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlər – FOTO

140 Baxış

2020-ci ildə pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı şok, üzləşdiyi çətinlik şərəfli Vətən Müharibəsində şanlı tarix yazan ölkəmizdən də yan keçməyib.

Ölkənin aparıcı şirkəti olan “Delta Qrup C.O.” MMC hər zaman olduğu kimi, 2020-ci ildə də korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi tədbirlərlə ölkə vətəndaşlarının yanında olub və dəstəyini əsirgəməyib.

İlin FMCG şirkəti seçilən “Delta Qrup C.O.” MMC səhmdarlarının təşəbbüsü ilə şirkət tərəfindən istehsal olunan və distribüterliyi ilə məşğul olduğu tanınmış məhsullardan ibarət ərzaq, təmizlik vasitələrinin daxil edildiyi bağlamaları pandemiya dönəmində növbəti dəfə ölkəmizin 30 rayon və şəhərində 1500-dən çox aztəminatlı ailəyə təqdim edib:

“Pandemiya dönəmində 40 gün ərzində Sumqayıt şəhəri ərazisində 1200 aztəminatlı ailəyə “Çörəkçi” zavodunun istehsalı olan çörək məhsullarının təmənnasız təqdim edilməsi, Vətən Müharibəsi dövründə əsgər ailələrinə ərzaq bağlamaları, o cümlədən, rəşadətli ordumuza “Bismak” markasının şirniyyat məhsullarının təminatını etməklə daim xalqımızın yanında olduq”. 

“Delta Qrup C.O.” MMC bu kimi silsilə tədbirlərin həyata keçirilməsi istiqamətində davamlı işlər aparacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678