Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Respublikasının Qırmızı Kitabının III nəşri hazırlanacaq

122 Baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2020-ci ilin yekununa və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Kollegiya iclasında nazirliyin struktur bölmələrinin rəhbərləri,  Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak ediblər.

İclasda ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, növbəti ildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin Strateji Fəaliyyət və Tədbirlər Planlarının hazırlanması, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşri, meşə ilə örtülü ərazilərin genişləndirilməsi proqramı müzakirə olunub və ilin yekununa dair hesabatlar dinlənilib.

Sonda nazirliyin tabeli qurumlarının rəhbərlərinə qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678